AZ

Netanyahu Avropaya gəlsə, həbs olunacaq - Jozef Borrel

Avropa İttifaqı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderlərini icra edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Jozef Borrel məlumat verib.

Diplomat xatırladıb ki, əmrlərin bütün iştirakçılar, o cümlədən Aİ ölkələri tərəfindən icrası məcburidir.


Müəllif: Arzu
Seçilən
13
teleqraf.com

1Mənbələr