Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı partiyanın təsis edilməsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və ictimayyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzmüş, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad etmişlər. Sonra kollektiv Masallı şəhər “Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksi”ndə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmışlar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırıb. Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial fəaliyyətinin nəticəsidir.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov çıxışında qeyd edib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulub və tarixi Zəfərə apararaq ərazi bütövlüyü və suverenliyin bərpasına gətirib çıxarıb.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin Masallı nümayəndəliyi ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirovun, Masallı şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Mehriban Əzizovanın, rayon təşkilatının gənc fəalı Rövşən Muxtarovun, partiyanın veteran üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevin, vetran üzv Ərəstun Əbilovun, partiya fəalı Əntiqə Tağıyevanın çıxışlarında vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır. Bildirilib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.