AZ

Kəmaləddin Heydərov Olivier Andriakaja Elak ilə görüşdü

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Madaqaskarın Daxili İşlər Nazirliyinin Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru diviziya generalı Olivier Andriakaja Elak ilə görüşüb.

“Hokm.az” xəbər verir ki, qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla keçirilən qlobal tədbir – COP29-da Madaqaskar DİN-in Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun təmsilçilərinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin qurulması və inkişafı üçün mövcud potensialı vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Olivier Andriakaja Elak COP29-da iştirakdan məmnunluq ifadə edib, mötəbər tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu deyib. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində iki qurum arasında münasibətlərin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

 



Seçilən
3
16
hokm.az

10Mənbələr