AZ

Zaxarova: "COP29 Bakıda yüksək səviyyədə təşkil olunub"

COP29 kimi mühüm tədbirin Azərbaycanda keçirilməsi, xüsusilə konfrans zamanı nümayiş etdirilən yüksək nəticə və uğurlar Bakının beynəlxalq arenada nüfuzunu möhkəmləndirəcək.

OXU24.COM  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdik.

Biz Azərbaycan və bütün maraqlı dövlətlərlə iqlim sahəsində əməkdaşlığı bundan sonra da inkişaf etdirməyi hədəfləyirik", - o bildirib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya nümayəndə heyətinə səmimi və mehriban qəbul göstərilib. "Əminliklə demək olar ki, bu, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin daha bir təsdiqi oldu", – o qeyd edib.

Seçilən
11
3
oxu24.com

5Mənbələr