AZ

"Deyirəm, axı sayğac əvvəldən kontur tipli olub, necə borc qala bilər?!" - Tərcüməçiyə kələk gəliblər

"Çox hörmətsiz "Azərişıq", mən kontur tipli sayğac işlətdiyim halda, necə borcum yarana bilər və siz ödənilən pulu necə borca çıxa bilərsiz? COP xərcini vətəndaşa yükləməlisiz? Zəng etmişəm, izah istəyirəm, cavab verə bilmirlər. Deyir, nə bilim sayğac dəyişəndə olub, sonra sərfiyyat artıq olub, nə bilim nə...".

Mia.az xəbər verir ki, bu sözləri tərcüməçi Sadiq Musa "Feysbuk"dakı hesabında yazıb.

Onun paylaşımında daha sonra deyilir: "Deyirəm, axı sayğac əvvəldən kontur tipli olub, necə borc qala bilər?!

 İkinci, 2 ildə indi məlum oldu ki, borc qalıb?

Üçüncüsü, sərfiyyat artıq olub nə deməkdir?

Artıq olub, kontur kimi pulu da çıxıb da sayğac. Söz tapa bilmir, az qala deyə ki, sizə qoyuruq, amma bizlik deyil...".

Samir Musayev

MİA.AZ

Seçilən
31
1
mia.az

2Mənbələr