AZ

Divara yapışdırılmış banan 6,2 milyon dollara satıldı

İtalyan rəssam Mauritsio Cattelanın divara yapışdırılmış banandan ibarət “Comedian” (Komediyaçı) əsəri Nyu-Yorkda keçirilən "Sothebys" hərracında 6,2 milyon dollara satılıb.

SİA-nın əldə etdiyi məlumata görə, böyük marağa səbəb olan əsər üçün hərrac 800 min dollardan başlayıb.

Bir neçə dəqiqə ərzində qiymət 2 milyon dollara, sonra 4 milyon dollara yüksəldi. Hərrac meneceri Oliver Barker satış zamanı dedi: "Bu fürsəti qaçırmayın, bu sözləri deyəcəyimi heç düşünməmişdim: Beş milyon dollara banan!"

Yalnız banan və divara yapışdırmaq üçün istifadə edilən gümüş yapışqan lentdən ibarət əsəri kriptovalyuta platforması TRON-un qurucusu Kastin Sun təxminən 5,2 milyon dollarlıq təklifin üzərinə 1 milyon dollarlıq hərrac komissiyası ödəyərək6,2 milyon dollara alıb.

K.Sun açıqlamasında deyib:

“Mən Castin Sun və M.Kattelanın ikonik əsəri "Comedian"ı 6,2 milyon dollara uğurla aldığımı söyləməkdən məmnunam. Bu təkcə sənət əsəri deyil, sənət və kriptovalyuta birliyini birləşdirən mədəni fenomeni təmsil edir. İnanıram ki, bu əsər gələcəkdə daha çox fikir və müzakirələrə səbəb olacaq və tarixin bir parçası olacaq. Bananın sahibi olmaqdan qürur duyuram və onun bütün dünyada sənət həvəskarları üçün daha çox ilham və təsir yaratmasını səbirsizliklə gözləyirəm. Bundan əlavə, yaxın günlərdə bu unikal sənət təcrübəsinin bir hissəsi kimi bananı özüm yeyəcəyəm və onun həm sənət tarixində, həm də populyar mədəniyyətdəki yerini şərəfləndirəcəyəm".

Seçilən
13
1
sia.az

2Mənbələr