Rusiya Cənub Maşınqayırma Zavoduna (Yujmaş) zərbə endirdi. Bu, Dneprdə yerləşən raket və kosmik texnologiya istehsalı üzrə böyük Ukrayna müəssisəsidir.
Viral.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin xalqa müraciətində deyib.
O bildirib ki, zərbə “Oreşnik” ballistik raketləri ilə endirilib:
Son Yazılar:
- Ukraynaya ilk dəfə bu raketlə zərbə endirildi
- Türkiyə COP29-da neçə nəfərlə iştirak etdi?
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
“Oreşnik” raketləri hədəflərə saniyədə 2,5-3 kilometr sürətlə (10 Mach) hücum edir. Bu raket sisteminin döyüş sınaqları NATO ölkələrinin aqressiv hərəkətlərinə cavab olaraq həyata keçirilir. Düşmənin mövcud raketdən müdafiə sistemləri onların önünü kəsə bilmir”.
Qeyd edək ki, Rusiyanın Dneprə qitələrarası ballistik raketlə zərbə endirdiyi açıqlanmışdı. Bu, 24 fevral 2022-ci ildən bəri Rusiyanın bu tip raketlə ilk zərbəsidir.