AZ

Rusiya “Oreşnik”lə yeni zərbəyə hazırlaşır: vaxt açıqlandı

Rusiya mətbuatının yazdığına görə, Kapustin Yar poliqonunda yeni sınaqların keçirilə biləcəyi ehtimalı ilə əlaqədar saat bu gün 06:00-dan 22:00-dək hava məkanının bağlanması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Denis Popoviç deyib.

“Bunu Ukrayna ərazisinə yeni zərbə kimi qiymətləndirmək lazımdırmı? Bəli, lazımdır. Ukrayna ərazisinə növbəti zərbə endirilə bilər, çünki bu eksperimental “Kedr” nümunələrindən azı iki və ya daha çox ədəd olduğu məlumdur. Onlar hazırda bu sistemi sınaqdan keçirirlər və bu sınaqların poliqonu kimi Ukrayna ərazisi seçilib,” – ekspert bildirib.

Popoviç qeyd edib ki, Ukrayna ərazisinə raket buraxılışı baş verməyə də bilər, ruslar bu raketi öz ərazilərində sınaqdan keçirə bilərlər.

Ekspert eyni zamanda vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin bu tip ballistik raketləri zərərsizləşdirmək imkanları çox məhduddur.

Qeyd edək ki, 21 noyabrda Rusiya Dnepr şəhərini “Oreşnik” ballistik raketi ilə vurub. Amerika Müharibənin Öyrənilməsi İnstitutunun hesabatına görə, Rusiya 24 noyabr tarixində “Oreşnik” raketini sınaqdan keçirmək üçün hava məkanının bir hissəsini bağlayacaq.

Seçilən
51
22
axar.az

10Mənbələr