AZ

Basketbol millimiz Dublində məğlubiyyətə üzüldü

Bu gün basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində İrlandiya millisinin qonağı olub.

Autsayderlə görüşdə Tahir Baxşıyevin komandası şanslı sayılsa da, fərqli nəticə qeydə alınıb. İrlandiya basketbolçuları oyuna yaxşı başlayıblar və sonadək üstünlüklərini qoruyublar. Meydan sahibləri 24 xal fərqi ilə qalib gəliblər.

Xatırladaq ki, bu, millimiz qrupda ikinci məğlubiyyətidir. Komandamız ilk turda İsveçrə yığmasına da 53:72 hesabıyla uduzumuşdu. İkinci turdakı Kosovo ilə ev oyununda isə basketbolçularımız qələbə qazanmışdılar – 87:77.

Qeyd edək ki, bu qrupun digər matçında İsveçrə yığması bu gün Kosovonu sınağa çəkəcək.

DÇ-2027-nin seçmə mərhələsi
A qrupu, 3-cü tur
21 noyabr

İrlandiya – Azərbaycan – 91:67 (25:12, 23:13, 23:20, 20:22)
Hakimlər: İain Makdonald (Böyük Britaniya), Yoannis Tsibouris (Yunanıstan) və David Tomasson (İslandiya).
Dublin, Milli Basketbol Arenası.

Xallar: İsveçrə – 4. İrlandiya – 4. Azərbaycan – 4. Kosovo – 3.

Seçilən
23
arena.az

1Mənbələr