AZ

Putinin xəbərdarlığına Trampın sözçüsü cavab verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərqərar etməyə çalışacaq, lakin Amerikanın gücünü vurğulayacaq.
 
Bu sözləri Trampın seçki kampaniyasının sözçüsü Karolina Levitt TASS-a açıqlamasında Rusiya lideri Vladimir Putinin Qərbin siyasətinin Ukraynada gərginliyi artırdığı haqda xəbərdarlığını şərh edərkən deyib.
 
“Amerika xalqı Trampı yenidən prezident seçdi, çünki onun ölkəni arxasınca aparacağına və dünyada sülhü güc yolu ilə bərpa edə biləcəyinə inanır. O, Ağ Evə qayıdanda bunu etmək üçün hərəkətə keçəcək”, - Levitt bildirib.
 
Qeyd edək ki, Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək.(axar.az)
Seçilən
2
3
moderator.az

4Mənbələr