AZ

Serbiyalı ulduz Türkiyəyə gəlir?

Tanınmış serbiyalı forvard Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər. Ona superliqanın birdən-birə iki klubu - ''Qalatasaray'' və ''Göztəpə'' maraq göstərir. ''Cim-Bom'' Mauro İkardini mövsümün sonuna qədər itirdiyindən qışda yeni hücumçu almağı planlaşdırır. Amma Yoviçin məhsuldarlığı o qədər də ürəkaçan deyil.

Bu üzdən onun çempionluğa oynayan klubda çətinlik çəkəcəyi istisna edilmir. Ona görə də ''Göztəpə'' variantı daha real görünür. Həm də İzmir təmsilçisi bu futbolçunun xidmətində daha çox maraqlıdı. Türkiyə mətbuatının yazdığına inansaq, klubun sahibi Daniel Ankersen özü şəxsən danışıqlarda iştirak edir. Yoviçin ulduzu ''Ayntraxt''da parlamış və o, 2019-da 63 milyon avroya ''Real''a transfer olunmuşdu.

Amma Madrid nəhəngində ümidləri doğrultmayan 26 yaşlı futbolçu daha sonra bir il ''Fiorentina''da çıxış etdi və 2023-ün yayından bu yana ''Milan''ın uğurları üçün tər tökür. Ötən mövsüm ''rossonyerlər''in heyətində 30 oyunda 9 qol, 2 məhsuldar ötürmə ilə fərqlənən Yoviç bu mövsüm cəmi 3 rəsmi oyunda forma geyib. Serbiya yığmasına daimi olaraq dəvət alan və ''Milan''dan ayrılmaq istəyən forvardın transfer dəyəri 5 milyon avrodu.

ƏLİ

Seçilən
16
football-plus.az

1Mənbələr