ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyalar siyahısını yeniləyərək, onlarla fiziki və hüquqi şəxsi əlavə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Sanksiyalar çərçivəsində Qazprombank, BKS-Bank, Centrocredit Bank, Iturup Bank, Bratsk Xalq Bankı, Kremlevsky Bank, DOM.RF Bank və Müstəqil İxtisaslaşdırılmış Depozitar ASC hədəf alınıb.
Bundan əlavə, ABŞ Xəzinədarlığının sanksiya siyahısına Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Rusiya Mərkəzi Bankı sədrinin birinci müavinləri Vladimir Çistyuxin və Dmitri Tulin də daxil edilib.
Müəllif: Teleqraf.com