AZ

Etibarnaməni ləğv edərkən niyə rüsum ödənilir? - Video

Etibarnamə veriləndə də rüsum ödənilir, həmin etibarnamə ləğv ediləndə də...

Poliqon Xəzər TV-yə istinadən bildirir ki, lakin bundan əksər vətəndaşın xəbəri yoxdur.

Son zamanlar elə sosial şəbəkələrdə də bu məsələ ciddi müzakirələrə səbəb olub.

Belə ki, sürücülər deyirlər ki, avtomobillər üçün etibarnamə verildikdə rüsum ödəyirlər. Sonra həmin avtomobil satıldıqda və ya başqasının adına keçdikdə yenə də etibarnamələr vətəndaşın adında qalır. Hətta avtomobil başqa ölkəyə göndərilsə, dövlət qeydiyyat nişanı dəyişsə də, sistemdə etibar edilən əmlak kimi göstərilir. Etibarnamənin ləğv edilməsi üçün isə əlavə 8 manat 50 qəpik ödəniş tələb olunur.

Hüquqşünaslar isə deyir ki, qanunvericilikdə rüsumla bağlı hər hansı müddəa əksini tapmayıb. Lakin qeyd olunan məbləğ xidmət haqqı olaraq hesablanır.

Hüquqşünas Ramil Süleymanov isə deyir ki, sakinləri ən çox narahat edən mövzu məhz rüsum ödənilən zaman bank və ya digər xidmətlərə görə, müxtəlif xidmət haqları tutulmasıdıır.

Ədliyyə Nazirliyindən isə verilən məlumata görə, etibarnamələrin ləğvi vətəndaşın ərizəsi əsasında həyata keçirilir və bu ərizə notarial qaydada təsdiq edilmiş ərizə olmalıdır. Bu zaman alınan dövlət rüsumu isə etibarnamənin ləğvi üçün yox, həmin ərizənin notarial qaydada təsdiqinə görə alınır. Bu rüsum isə "Dövlət rüsumu haqqında" Qanunun 10-cu maddəsinə əsasən alınır və əvvəllər də mövcud olub.

Poliqon xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Poliqon.info

 

Seçilən
2
5
poliqon.info

6Mənbələr