AZ

İstiləşmə və şəhər həyatı

COP29-un Azərbaycan pavilyonunda “Şəhərlərin təsiri: Şəhər iqlim gündəliyini necə sürətləndirə bilər?” adlı sessiya keçirilib. Tədbirdə çıxış edən Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının baş katibi Jan Pier Elonq Mbassi COP29-un təşkilatçılığını yüksək qiymətləndirib.

O, təmsil etdiyi təşkilat barədə sessiya iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, qərargahı Mərakeşin Rabat şəhərində yerləşən submilli qurumun ümumi təşkilatı olan Birləşmiş Şəhərlər və Afrika Yerli Hökumətin Şərqi Afrika üzrə Keniya, Nayrobi, Cənubi Afrika üzrə isə Viktoriya şəhərində regional ofisləri fəaliyyət göstərir. Onun sözlərinə görə, submilli və yerli hökumətlərin mandatlarının məqsədi bu yerli hökuməti qorumaq, ölkədə söz sahibi olmaqdır.

İqlim dəyişikliyinin icmalarına təsirindən narahatlığını ifadə edən afrikalı qonaq bu dəyişikliyin qitə və şəhərlərə fəlakətli təsirlərindən söhbət açıb: “Meşə yanğınları, qasırğalar, daşqınlar və quraqlıq kimi daha tez-tez, daha şiddətli və əvvəllər gözlənilməz hadisələr nəticəsində iqlimə davamlı şəhərlər, infrastruktur yenidən işlənməldir. Enerji və su ilə mühafizəsi, şəhərlərimizin və strukturlarımızın iqlim hadisələrinə tab gətirə bilməsini təmin etmək üçün daha çox iş görməliyik”.

EY şirkətinin təşkilatçılığı ilə keçirilən sessiyada dünyada şəhərlərin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün apardıqları səylər müzakirə olunub. Bununla yanaşı, yaşıl sahələrin təkmilləşdirilməsi, istixana qazı emissiyalarının azaldılması və davamlı nəqliyyat seçimlərinin inkişafı kimi əsas ekoloji problemlərə yönəlmiş şəhər rəhbərliyindəki nümunəvi layihələr nümayiş etdirilib.

Seçilən
1
2
xalqqazeti.az

3Mənbələr