COP29-un Mavi Zonasında təşkil olunan Türkiyə pavilyonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və qardaş ölkənin Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında görüş keçirilib.
Görüşdə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri, su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanlarına nəzər salınıb.