"Verilən tapşırığın öhdəsindən layiqincə gəldik".
Sportinfo.az xəbər verir ki, bunu "report"un Solna şəhərinə ezam olunan əməkdaşına açıqlamasında İsveç millisinin futbolçusu Viktor Dyekereş deyib.
O, Millətlər Liqasında Azərbaycan yığmasına böyük hesabla qalib gəldikləri matç barədə danışıb:
"Düşünürəm ki, oyunumuz çox yaxşı alındı. Möhtəşəm gün alındı. Bol qollu qələbə qazanmaq istəyirdik, əsas hədəfimiz bu idi. Verilən tapşırığın öhdəsindən layiqincə gəldik".
26 yaşlı hücumçu İsveç yığmasındakı qollarının sayını artırmaq istədiyini bildirib:
"Azərbaycanla matçda 4 qol vurdum. Təbii ki, bu mənim üçün olduqca xoşdur. Millidə bundan sonra daha neçə qol vuracağımı zaman göstərəcək".
"Stroberri Arena"da baş tutan C Liqasının matçında Azərbaycan yığması İsveçə 0:6 hesabı ilə uduzub.