"Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Cadena SER" yayıb. 

Mənbəyə görə, portuqaliyalı forvard "Fənərbağça"nın diqqət mərkəzindədir. Ulduz futbolçuya İstanbul təmsilçisindən təklif gəlib. "Sarı bülbüllər"in baş məşqçisi Joze Mourinyonun keçid üçün Ronaldoya zəng edərək danışıq apardığı da bildirilir. 

Qeyd edək ki, Ronaldo və Mourinyo daha öncə "Real"da bir yerdə çalışıblar.