AZ

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 8-ci dəfə sabit saxlayıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 50 faiz səviyyəsində saxlayıb.

İqtisadçıların proqnozları da faiz dərəcəsinin bu səviyyədə sabit qalması istiqamətində idi.

Qərar mətnindəki açıqlamalardan isə faiz endirimlərinin yaxınlaşdığı mesajını götürmək mümkündür.

TCMB qərar mətnində oktyabr ayında inflyasiyanın əsas trendində azalma müşahidə olunduğunu qeyd edib. Bildirilib ki, son rübün göstəriciləri də daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiyanın azalmasına dəstək verən səviyyələrə çatdığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
14
banco.az

1Mənbələr