“Barselona”nın hücumçusu Robert Levandovski zədəsini sağaldaraq komanda ilə birgə məşqlərə başlayıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, La Liqanın 14-cü turunda “Selta”ya qarşı matçda forma geyinə bilər.
Polşalı hücumçu daha əvvəl bel nahiyəsindən zədə almışdı.
Levandovski cari mövsümdə 17 oyuna çıxıb, bu görüşlərdə 19 qola imza atıb.