“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
“Yeni Gundem” xəbər verir ki, tədbir Suraxanı Rayon Təşkilatının akt zalında keçirilib. Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov partiyanın keçdiyi şərəfli yoldan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətlərdən danışıb.
Tədbirdə partiyanın fəal üzvləri müxtəlif mükafatlarla təltif edilib. Gülayə Səfərova da partiya fəalı kimi Fəxri Fərmanla təltif olunub. O, tədbir təşkilatçılarına təşəkkür edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu vurğulayıb.