Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib.
Axar.az APA-ya istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüseynovanı bıçaqlayıb.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.