Suriyada məzardan çıxarılan barmaq uzunluğunda gil silindrlər üzərində həkk olunmuş ən qədim əlifba yazısı tapılıb.
Hafta.az-ın yazdığına görə, ABŞ-ın Cons Hopkins Universitetinin tədqiqatçılarının eramızdan əvvəl 2400-cü ilə aid etdiyi yazı digər məlum əlifba yazılarından təxminən 500 il daha qədimdir.
Amerika Xarici Tədqiqatlar Assosiasiyasının illik toplantısında təqdim olunan tapıntı əlifbaların mənşəyi və təkamülü, onların erkən sivilizasiyalar üçün nə demək olduğu haqqında bildiklərimizi alt-üst edir.
Gil silindrinin kəşfinin arxasında duran arxeoloq Qlenn Şurts deyir: "Əlifba sırası insanların yaşam tərzini, düşüncələrini və ünsiyyətini dəyişdirdi".
Alimlər deyirlər ki, bu yazı forması kral ailəsi və sosial elitadan kənar insanlar üçün əlçatan etməklə dildə inqilab etmiş ola bilər.
Dr. Şults və komandası Yaxın Şərqdəki erkən şəhər ərazilərinin Suriyada necə inkişaf etdiyini və bölgədə daha kiçik şəhərlərin necə yarandığını öyrənir. Komanda Suriyanın qərbində ortaya çıxdığı bilinən ilk orta ölçülü qədim şəhər mərkəzlərindən biri olan Tell Umm-əl Marrada 16 illik arxeoloji qazıntıda iştirak edib.
Arxeoloqlar əvvəllər bu ərazidə eramızdan əvvəl 3500-2000-ci illər arasında davam edən ilk tunc dövrünə aid qəbirlər aşkarlamışdılar. Bu yaxşı qorunmuş qəbirlərdən birində 6 skelet, qızıl və gümüş zinət əşyaları, bütöv saxsı qablar, yemək bişirən qablar və nizə ucu tapılmışdı. Bu artefaktlar arasında tədqiqatçılar üzərində əlifba yazısı həkk olunmuş dörd yüngül bişmiş gil silindr də müəyyən ediblər.
"Bu yeni kəşf göstərir ki, insanlar yeni kommunikasiya texnologiyaları ilə bizim təsəvvür etdiyimizdən çox daha əvvəl və fərqli bir yerdə sınaqdan keçirlər" deyib Şults.
Gil silindrlərindəki kiçik dəliklərə əsaslanaraq, elm adamları onun başqa bir obyektə yapışdırıldığı və bir növ etiket kimi xidmət etdiyindən şübhələnirlər.
"Mütəxəssislər əvvəllər əlifbanın Misirdə və ya onun ətrafında eramızdan əvvəl 1900-cü ildən sonra icad edildiyini düşünürdülər. Ancaq tapdığımız əsərlərin daha qədim olması və xəritənin başqa bölgəyə aid olması əlifbanın tarixi və cğrafiyası haqda düşüncələrimizi dəyidi” deyib Şults.