İspaniya klublarının heyətində ən çox oyun keçirən futbolçuların siyahısı bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS eyni komandada bütün turnirlər nəzərə alınmaqla 700 və daha çox matç keçirənlərin cədvəlini açıqlayıb.
İndiyədək 7 oyunçu belə göstəriciyə imza atıb. Rekord “Barselona”da 778 matça çıxan Lionel Messiyə məxsusdur.
Siyahıya üç klubun təmsilçiləri daxil ola bilib. “Barselona” və “Real”ın hərəsinin üç futbolçusu yer alıb. Digər futbolçu isə “Sevilya” təmsilçisidir.
1. Lionel Messi (“Barselona”) - 778
2. Xavi (“Barselona”) - 767
3. Raul (“Real”) - 741
4. İker Kasilyas (“Real”) - 725
5. Serxio Buskets (“Barselona”) - 722
6. Manolo Sançis (“Real”) - 710
7. Xesus Navas (“Sevilya”) – 700
İdman.biz