Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.
OXU24.COM xəbər verir ki, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nıticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.
Faktla bağlı araşdırma aparılır.