Aktual.az xəbər verir ki, bu barədə ukraynalı deputat Taras Batenko deyib.
Onun sözlərinə görə, elə dünən siyasətçilər ballistik zərbə təhlükəsini bilirdilər, lakin söhbət qitələrarası silahlardan getmirdi:
"Dünən biz hüquq-mühafizə orqanlarından yaxın gələcəkdə müəyyən eksperimental ballistik silahlardan istifadə ediləcəyi barədə məlumat aldıq”.
Batenko əlavə edib ki, bu gün yeni təhlükə ilə bağlı məlumat daxil olub:
"Yaxın günlərdə Ukrayna parlamentinə raket zərbəsi endirilməsi təhlükəsi ilə bağlı məlumat var”.