AZ

Ov qaydalarını pozan şəxs saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb. 

Araşdırma zamanı həmin şəxsin Cəlilabad rayonu Alar kənd sakini Murad Niftullayev olduğu müəyyən edilib, ondan 1 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı adıçəkilən şəxs barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Seçilən
3
1
ekologiya.az

2Mənbələr