AZ

Niyazi Bayramov Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasında iştirak etdi - Fotolar

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, dəyirmi Masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, habelə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos və Bankın Yaşıl Şəhərlər Proqramının rəhbəri Lin Oqreydi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov açılış nitqi ilə çıxış edərək, SPECA çərçivəsində iqlim məsələləri ilə bağlı səmərəli əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində panel sessiyalarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Asiya İnfrastruktur İnvestisiya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri  SPECA çərçivəsində ölkələrin və şəhərlərin iqlim məsələləri ilə bağlı tərəfdaşlıq təşəbbüslərinin önəmini qeyd ediblər. Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. SPECA ölkələrinin müvafiq şəhərlərinin bu mühüm təşəbbüslə çıxış etməsi iqlim sahəsində həllərin işlənib hazırlanması və həyata keçirilməsi üçün vacibdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistanın Düşənbə şəhəri sədrinin birinci müavini Cəmşid Tabarzoda SPECA İqlim Şəhərləri Forumunun bütün iştirakçı şəhərlərə qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsinə imkanlar yaradacağını bildiriblər.

Dəyirmi Masanın nəticəsi olaraq, SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb. Sənədə əsasən iştirakçı şəhərlərin iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşması üçün sıx əməkdaşlığı nəzərdə tutulur.

 





Seçilən
5
10
qafqazinfo.az

10Mənbələr