AZ

Bu ərizə hərracın təşkilatçısına verilir

Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

– elanda göstərilmiş bank və digər ödəniş hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;

– fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti;

– hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

Seçilən
19
heftelik.az

1Mənbələr