AZ

Finlandiyadan qərar: Daimi yaşayış icazələri dayandırılır

Finlandiya 2 yanvar 2025-ci il tarixindən etibarən qaçqınlara daimi yaşayış icazələrinin verilməsini dayandıracaq.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Məlumata əsasən, qaçqınlara daimi yaşayış icazələrinin verilməsinin qüvvədə olma müddəti dörd ildən üç ilə endiriləcək. Bu, Aİ qanunlarının icazə verdiyi minimum həddir.

Bundan başqa, 2025-ci ildən xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən, eləcə də Finlandiyanın milli təhlükəsizliyinə təhlükə törətdiyi güman edilən şəxslərə yaşayış icazəsi verilməyəcək. Bakıvaxtı.az

Seçilən
8
1
busaat.az

2Mənbələr