AZ

Xəstə onu xəstəxanaya aparan təcili yardımın feldşerini ÖLDÜRDÜ – FOTO

Rusiyada xəstə xəstəxanaya aparılarkən təcili yardımın feldşerini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə region üzrə İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, İrkutsk vilayətində bir xəstə xəstəxanaya aparılarkən təcili yardımın feldşerini öldürüb.

İstintaqın məlumatına görə, noyabrın 21-də axşam saatlarında təcili tibbi yardım briqadası növbə düşərgəsinə gələn zəngə cavab verib və sərxoş kişini xəstəxanaya çatdırıb.

Yolda xəstə həkimlə mübahisə edib və onun döş qəfəsinə bıçaq zərbəsi endirib. Daha sonra sürücünü hədələməyə başlayıb. Hücum edən şəxs qaçıb, 35 yaşlı tibb işçisi aldığı yaradan ölüb.

Qətllə bağlı cinayət işi açılıb və şübhəli şəxs bu gün səhər saatlarında saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr