AZ

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir. Kağız istehsalını azaltmaqla ətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıl texnologiyaların təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMA Bakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir. SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.

“SİMA İmza” brendi altında və mobil tətbiq şəklində çalışan bu texnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyə fokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosistemin qorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çox tərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətləri rəqəmsallaşdırıblar. SİMA ilə bu günədək həyata keçirilən tranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan, kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama, təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdə kağızsız əməliyyat isə yüzminlərlə ağacın kəsilməkdən xilas edilməsi deməkdir.

Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
2
12
banco.az

10Mənbələr