AZ

Putinin raket zərbəsi Astanada şok yaratdı –Tokayev obyektlərin mühafizəsi üçün göstəriş verdi

Noyabrın 21-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsinə” göstəriş verib.

Azpost.info bildirir ki, Qazaxıstanın baş nazirinə, Prezident Administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə və akimlərə müvafiq sərəncamlar verilib.
Bu barədə dövlət başçısının müşaviri və mətbuat katibi Berik Uali bildirib: “Ölkədə vəziyyət prezidentin şəxsi nəzarəti altındadır”.
“Qazaxıstan dəfələrlə iki slavyan xalqı arasında düşmənçiliyin dayandırılması məsələsinin danışıqlar yolu ilə həllini müdafiə edib”, – Uali öz hesabında yazıb.

Bu gün səhər saatlarında baş nazir Oljas Bektenov prezident Tokayevin tapşırığı ilə hökumətin operativ iclasını keçirib.
Müdafiə naziri Ruslan Jaksylykov ölkənin strateji və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri haqqında məlumat verib.
Qazaxıstan Rusiyanın “Oreşnik” orta mənzilli qitələrarası ballistik raketinin Ukrayna ərazisinə buraxılmasından sonra MDB məkanında belə operativ ehtiyat tədbirləri görən ilk  ölkə olub.
Rusiyanın KTMT-dəki ən yaxın müttəfiqlərindən birinin belə fövqəladə ehtiyat tədbirlərinin görülməsi Astanada Kremlin gələcək addımları ilə bağlı ciddi narahatlığın olduğunu göstərir.

Seçilən
8
azpost.info

1Mənbələr