Dünya birjalarında neftin bahalaşması davam edir.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 74,28 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar artaraq 70,13 dollar təşkil edib.