AZ

Alimenti artımla almaq istəyən şəxslər nə etməlidir? - Vəkil proseduru İZAH ETDİ

2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 235 manatdan 246 manata qaldırılacağı və 2028-ci ildə isə bu rəqəmin 275 manat olacağı planlaşdırılır.

 

Maraqlıdır, aliment alan şəxslərin əldə etdikləri məbləğ hər dəfə qaldırılanda müraciət edib artırılmasını tələbmi etməlidir, yoxsa bu proses avtomatikmi baş verir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, hər il yaşayış minimumu haqqında yeni qanun qəbul olunur:

 

"Həmin qanunda əmək qabiliyyətli əhali, pensiyaçı və uşaqlar üçün yaşayış minimumunun məbləği müəyyən olunur. Bu yaşayış minimumunun məbləği dövlətin sosial siyasətinə uyğun olaraq hər il artırılır". 

 

T.Abdullayev qeyd edib ki, yaşayış minimumunun artırılması birbaşa aliment məbləğinin artırılması demək deyil:

 

"Alimentin artırılmasını istəyən şəxs bu barədə ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Uşaqları himayəsində olan aliment alan şəxs öz yaşadığı yer və ya cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə müraciət edə bilər. Məhkəməyə müraciət etməmişdən qabaq bu tip işlərdə mütləq qaydada mediasiya prosesindən keçmək lazımdır. Yəni ilkin mediasiya sessiyasında tərəflər iştirak etməlidir".

 

Firuzə Əliyeva

Seçilən
7
sfera.az

1Mənbələr