AZ

Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qaydalarda nəzarətin həyata keçirilməsinin əsas istiqamətləri qeyd olunub.
Bildirilib ki, xarici dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinin uçuşlarının təhlükəsizliyinə nəzarət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
1. aviasiya personalının uyğunluğu;
2. uçuş əməliyyatlarına dair sənədlər;
3. hava gəmisinə dair sənədlər;
4. hava gəmisinin texniki vəziyyəti;
5. hava gəmisində uçuşların təhlükəsizliyi ilə bağlı olan avadanlıqlar;
6. hava gəmisinin yük bölməsi.
Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası ilə buradan tanış olmaq mümkündür.
Seçilən
19
oxu.az

1Mənbələr