Türkiyə Futbol federasiyası Millətlər Liqasında Monteneqroya 3:1 hesablı məğlubiyyətlə A liqasına yüksəlmək şansını pley-offa buraxan futbol yığmasının baş məşqçisi Vinçenso Montellanu istefaya göndərməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF-də onunla görüşdən sonra belə bir qərarın veirləcəyi iddia olunur.
Xəbərdə artıq onun yerinəgələcək namizədlərin adları da çəkilir: "Namizədlər arasında Fatih Terim, Sergen Yalçın, İsmail Kartal və Aykut Kocaman kimi təcrübəli məşqçilər var. Yaxın günlərdə hər şey aydınlaşacaq".
Fərid Aslan
MİA.AZ