AZ

Rusiya Polşadakı hərbi bazanı vurmaqla hədələdi

Rusiya Polşadakı ABŞ-nin hərbi hava bazalarına ağır silahlarla hücum edəcəyi ilə hədələyib. 

“Cebheinfo.az” xəbər verir ki, Moskva Baltik dənizi sahili yaxınlığındakı Redzikovoda ABŞ-nin yeni ballistik raketdən müdafiə bazasının açılışının ümumi nüvə təhlükə səviyyəsini artıracağını bildirib. Rəsmi Moskva onu Rusiya üçün mümkün hədəflər siyahısına əlavə edib.

Noyabrın 13-də açılan obyekt NATO-nun “Aegis Ashore” adlı daha böyük raket qalxanının bir hissəsi olmaqla, yaxın və ortamənzilli ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulub. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aviabazanın açılışını amerikalıların və onların müttəfiqlərinin dərin sabitliyi pozan açıq təxribat xarakterli növbəti addım kimi qiymətləndirib. O qeyd edib ki, adıçəkilən hərbi baza potensial məhv edilmək üçün prioritet hədəflər siyahısına daxildir. “Lazım gələrsə, müxtəlif ağır silahlardan istifadə edə bilərik”,-deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, canlı yayımda noyabrın 21-də xalqa müraciət edən Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin bütün dünyanı qlobal münaqişəyə doğru sövq etdiyini deyib: “Rusiya Cənubi Maşınqayırma Zavoduna (Yujmaş) nüvə olmayan hipersəsli ballistik raket ilə hücum təşkil etdi və hədəf  uğurla vuruldu. “Oreşnik” raketindən istifadə ABŞ-nin orta və yaxın mənzilli raketlər istehsal və yerləşdirmə planlarına cavabdır”,-deyə Putin bildirib.

Seçilən
18
cebheinfo.az

1Mənbələr