Almaniyanın Dyusburq şəhərindəki Eyüp Sultan məscidində işləyən və 2 aydır itkin düşən imam Fatih Eryılmazın cəsədi tapılıb.
Publika.az xəbər verir ki, Almaniyada yoxa çıxan imamın cəsədinin Niderlandda aşkar edildiyi bildirilib.
Eryılmazın cansız bədəni təhlükəsizlik qüvvələrinin gərgin işi nəticəsində Reyn çayında tapılıb. İmamın ölümü ilə bağlı ətraflı araşdırma başladılıb.