AZ

Keçmiş məcburi köçkünlərin iştirakı ilə Bərdədə fləş-mob keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin iştirakı ilə fləş-mob keçirib.

“İki sahil” xəbər verir ki, Dövlət Komitəsindən bildiriblər ki, Bərdə şəhərində çəkilişi aparılan fləş-mobda doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı şüarlar səsləndiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir.

Fləş-mobla bağlı hazırlanmış videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.

Seçilən
15
9
ikisahil.az

10Mənbələr