ABŞ dollarının bahalaşması davam edir.
Dollar indeksi 2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq 107 həddini ötüb. Bu gün indeks daha 0,2 bənd artaraq 107,15 həddinə çatıb.
Dolların bahalaşması bu ilin oktyabrından müşahidə edilir. Oktyabrda 100 səviyyəsində olan indeks qısa müddətdə 7 faiz yüksəlib.
Dolların bahalaşması avroda da özünü əks etdirir. Bu gün uzun fasilədən sonra ilk dəfə olaraq bir avro 1,05 dollardan da aşağı düşüb.