AZ

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir

Rəyi soruşulan amerikalıların yarısı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyada əsas vəzifələrə namizədlərlə bağlı kadr qərarlarını müsbət qiymətləndirir.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat “Rasmussen Reports” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.

Məlumata görə, sorğu iştirakçılarının 50 faizi Donald Trampın yeni administrasiyada mühüm vəzifələrə düzgün şəxsləri seçdiyinə inanır. Respondentlərin 36 faizi isə onun irəli sürdüyü namizədləri dəstəkləmir.

Noyabrın 17-dən 19-dək keçirilmiş sorğuda 1,2 mindən çox ABŞ vətəndaşı iştirak edib.

Seçilən
5
xezerxeber.az

1Mənbələr