AZ

Həddindən çox şəkər istifadə etməyin hansı fəsadları var?

"Qida mütəxəssisləri şəkərlə bağlı hər dəfə həyəcan təbili çalırlar".

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün qida rasionumuzda şəkərin miqdarı həddindən çoxdur:
"Bu isə ürək-damar xəstəliklərinə, xərçəngin yaranmasına və bədəndə insulinin çoxalmasına gətirib çıxarır. Lakin şəkəri tamamilə həyatımızdan çıxarmaq da mümkün deyil. Çünki orqanizmə lazım olan enerjinin bir qismini şəkərdən ala bilirik". 

362924

Amma ekspert şəkərin keyfiyyətindən də söz açıb:

"Bu gün istifadə etdiyimiz şəkərin keyfiyyətinin hansı səviyyədə olması özü böyük bir problemdir. Həmçinin, biz şəkərlə yanaşı, gizli şəkərlərlə də qidalanmış oluruq. Gizli şəkərlər qazlı və şirin içkilərdə, habelə "fastfood"larda mövcuddur. Eyni zamanda, gündəlik istifadə etdiyimiz bir çox şirniyyatın da tərkibində gizli şəkər var. Bütün bunlarla yanaşı, şəkəri çayda və digər şirniyyatlarda da istifadə edərək bədənimizdə şəkərin miqdarını artırırıq".

İlkin Şirinov qeyd edib ki, azyaşlıların belə normadan artıq şəkər qəbul etməsi müxtəlif problemlərə səbəb olur:

"Buraya allergik xəstəlikləri və yuxu problemləri aiddir. Hətta şəkər insanda asılılıq da yarada bilir. Ümumiyyətlə, həddindən artıq şəkər istifadə etdikdə onun qalığı bədəndə toplanır. Onun miqdarı artıqda isə bəzən piyə çevrilə bilir. 

Bu səbəbdən də həddindən çox şəkərdən istifadə edən insanlar artıq çəki problemindən əziyyət çəkirlər. Bütün bunlara görə bəzən şəkəri "ağ ölüm" adlandırırlar. Lakin şəkəri az istifadə etsək, təhlükədən də uzaq olarıq".

Pərviz

Seçilən
28
19
hit.az

10Mənbələr