AZ

Avropa missiyası ilə bağlı MÜƏMMA – Ermənistanda qalacaqlar, yoxsa GEDƏCƏKLƏR?

Avropa İttifaqının Azərbaycan- Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı məsələ yenidən gündəmdədir. İndi bu barədə söz açan Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosdur. Əslində, Maraqosun bu barədə bildirdiklərində hansısa bir qeyri-adilik yoxdur. Ancaq onun dediklərindən gəlinən nəticə budur ki, yaxın günlərdə məsələ ilə bağlı yekun qərar veriləcək.

Ermənistanın Azərbaycanla sərhədində fəaliyyət göstərən Avropa İttifaqı missiyasının fəaliyyət müddəti başa çatmaq üzrədir.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan Aİ müşahidəçilərinə YAŞIL İŞIQ – Kəşfiyyatçılar daha iki il binokl arxasında GİZLƏNƏCƏKLƏR?


Qeyd edək ki, müşahidəçilər Ermənistana 2023-cü ildə 2 il müddətinə gəliblər. Belədə, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatmalıdır. Bu əsasda Ermənistan hökuməti müddətin uzadılması ilə bağlı rəsmi müraciət etməsə, missiya başa çatmış hesab olunacaq. Hazırkı günə qədər isə İrəvan bu istiqamətdə rəsmi müraciət etməyib. Ona görə də sözügedən missiyanın fəaliyyətinin uzadılması ilə bağlı indilikdə hər hansı bir qərar verilməyib.

Düzdür, müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı məsələ gündəmdən də düşməyib. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun dediyinə görə, yaxın günlərdə məsələ ilə bağlı yekun qərar veriləcək.

Görəsən, nəhayət Aİ missiyası bölgəni tərk edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Aİ missiyasının 2025-ci ilin fevralından sonra belə Ermənistanı tərk edəcəyi inandırıcı görünmür:

“Aİ-nin Ermənistandakı missiyası sadəcə olaraq, şou xarakteri daşıyır. Həmin missiyanın göndərilməsi məsələsi erməni lobbisinin fəaliyyətilə qəbul olunub. Ona dəstək verən əsas təəssübkeş ölkə isə Fransa olub. Hansı ki, burada erməni lobbisi güclüdür. Aİ missiyası bölgədə sabitliyə qarşıdır. Çünki onların gəlişini təşkil edən erməni diasporunun məqsədi gərginliyin artmasına çalışmaq və sülhün əldə edilməsinə əngəl olmaqdan ibarətdir.

Ona görə də Aİ missiyası 2025-ci ilin fevralından sonra da fəaliyyətlərini davam etdirə bilər. Bu istisna deyil. Çünki onlar çalışır ki, gərginliyin artmasına xidmət edən hər addımı atsınlar”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr