AZ

DSX-nin zabiti: “Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdir”

"Dövlət Sərhəd Xidməti sərhəd qoşunlarının istənilən dövlət sərhədində, çətin şəraitdə şəxsi heyətlə yüksək peşəkar personal heyəti, gecəgörmə cihazları, müasir dron vasitələri, eləcə də son nəsil texnoloji vasitlərdən istifadə etməklə çətin şəraitdə dövlət sərhədini mühafizəsini və müdafiəsini həyata keçirdir. Eyni zamanda bizdə "KS-205" sistemlər mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə istiqamətində bütün sərhəd pozucularının vaxtında aşkar olunur və yaxalanması həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında sərhəd komendantlığının qərargah rəisi, baş leytenant Qoşqar Behbudzadə bildirib. 

Dövlət sərhədinin toxunulmazlığı Azərbaycan Dövləti üçün ən vacib məsələlərdən biri olduğunu diqqətə çatdıran sərhədçi zabit sərhədlərin daim ciddi nəzarətdə olduğunu da diqqətə çatdırıb.

O, həmçinin jurnalistlərə maraqlandıran əsas suallardan birinə, sərhəd pozucusuna hansı halda odlu silah tətbiq olunmasına dair suala da cavab verib: 

“Bizim üçün sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir. Bütün hadisələr hüquq mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmaya cəhd göstərdikdə sərhədçilərə silahlı müqavimət göstərdikdə və digər təhlükəli hallarda sərhəd naryadı tərəfindən qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq silah tətbiq olunur", deyə əlavə edib.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr