ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş prokuror-ədliyyə naziri vəzifəsinə irəli sürdüyü namizəd Mett Gets bu vəzifəni tutmaqdan imtina edib. Cetz senatorlarla görüşdə vəzifəyə təsdiqlənmək üçün yetərli səs ala bilməyəcəyini anladıqdan sonra bu qərarı verib.
Bunu nəzərə alan Tramp Florida ştatının keçmiş prokuroru Pam Bondini ölkənin baş prokuroru-ədliyyə naziri vəzifəsinə yeni namizəd göstərib.
Bakupost.az xəbər verir ki, bu haqda “Reuters” yazıb.
Bondi 2020-ci ildə impiçment məhkəmələri zamanı “Respublikaçılar işi”nin vəkillərindən biri idi.
Qeyd edək ki, əvvəlki namizədi, konqresmen Mett Getz azyaşlıya qarşı cinsi istismar iddiaları fonunda respublikaçı senatorların müqaviməti ilə üzləşdiyi üçün geri çəkilib.
"Çox uzun müddətdir ki, Ədliyyə Departamenti mənə və digər respublikaçılara qarşı silah kimi istifadə olunur. Lakin Pam dövründə departament bir daha cinayətkarlıqla mübarizə və Amerikanı təhlükəsiz etmək vəzifəsinə diqqət yetirəcək. Mən Pam ilə illərdir tanışam, o, ağıllıdır və baş prokuror kimi əla iş görəcək”, – Tramp deyib.
59 yaşlı Pam Bondi hazırda Donald Trampın dəstəklədiyi Amerika Birinci Siyasət İnst