AZ

Politoloq: BCM-in qərarı Netanyahunun hakimiyyətdən getməsinə hesablanıb

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib.  Orderin verilməsinin səbəbi Qəzzadakı hərbi cinayətlərdir. 
BCM-nin açıqlamasına görə, hər iki şəxs Qəzzadakı mülki əhalini həyati vacib resurslardan – ərzaq, su, dərman və tibbi avadanlıqlar, eləcə də yanacaq və elektrik enerjisindən məhrum edib. Xatırladaq ki, döyüşlərdə 40 mindən çox fələstinli ölüb, 100 mindən çoxu isə yaralanıb.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bu qərar Yaxın Şərqdə də böyük rezonans yaradıb:

"BCM-nin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verməsi mövzusu kifayət qədər geniş müzakirə edilirdi. Bu qərar Yaxın Şərqdə də böyük rezonans yaradıb. Fələstinin müstəqilliyini tanımaq istəyən dövlətlər qərarı təqdir edirlər. Hesab edirəm ki, bu hazırkı müharibənin dayandırılması, qanlı faciələrin qarşısını almaq üçün önəmli addımdır. Qeyd edim ki, onların həbsinə order verilməsinin kifayət qədər hüquqi əsasları da var".

Ekspert əlavə edib ki, bu qərar Netanyahunun hakimiyyətdən getməsinə hesablanıb:
"Bu qərarı İsrail daxilində də təqdir edənlər var. Hazırda Netanyahunun həbsi ilə bağlı praktiki addımların atılması gözlənilməsə də, bu onun siyasi imicinə ciddi zərbədir".

Yusif Sultanoğlu
Seçilən
19
sherg.az

1Mənbələr