AZ

"Qvardiola dedi ki, onu gözüyumulu götürə bilərik" - "Bayern Münhen"in prezidenti

"Bayern Münhen"in prezidenti Uli Hönes komandanın baş məşqçisi Vensan Kompanini indiki postuna təyin etməmişdən öncə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardioladan məsləhət aldıqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Bayern&Germany" onun sözlərini belə çatdırıb:

"Vensan Kompani ünsiyyətcildir. Öz futbolçularının qayğısına qalır. Amma biz əvvəl bunu bilmirdik. Elə bilmədiyimiz üçün də Pep Qvardiolaya zəng vurub məsləhət aldıq. Qvardiola dedi ki, onu gözüyumulu götürə bilərik".

Xatırladaq ki, Kompani bu ilin mayından "Bayern"i çalışdırır.

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr