AZ

Hadrut qəsəbəsinin xarici elektrik təchizatı ilə təmin olunması yaxşılaşdırılır

Bakı. Trend:

Xocavənd rayonunun Hadrut qəsəbəsinin xarici elektriktəchizatının təminatı yaxşılaşdırılır.

Trend-in dövlət satınalmalarının vahid internetportalına istinadən məlumatına görə, “Azərişıq” Açıq SəhmdarCəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təminolunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi(1-ci mərhələdə tikiləcək transformator məntəqəsinə) işləri həyatakeçiriləcək.

Qurum sözügedən işlərin icrasının 716.976,55 AZN-ə (716 min 976manat 55 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

Seçilən
8
1
az.trend.az

2Mənbələr