AZ

16 ildən sonra “Bal ayı” dadında fotolar...

Pınar Altuğ və Yağmur Atacanın fotoları sosial şəbəkədə marağa səbəb olub.

OLAY yazır ki, “Çoçuklar Duymasın” serialında Meltem obrazı ilə tanınan məşhur aktrisa və həyat yoldaşının İtaliyadakı fotosessiyaları ilə diqqət mərkəzinə çevriliblər.

Cütlüyün İtaliyada çəkilmiş romantik fotolarını Pınar instaqram hesabında paylaşandan sonra sosial şəbəkə istifadəçiləri onların şəkillərinə “Yenidən bal ayına çıxmışsınız kimi görünürsünüz” kimi şərhlər yazıblar.

Xatırladaq ki, Pınar Altuğ və Yağmur Atacan 2008-ci ildə ailə həyatı qurublar. Özündən 8 yaş kiçik həyat yoldaşı ilə xoşbəxt bir ailə quran Altuğun Su adlı bir övladı var. Cütlük, illər keçsə də, hələ də sevgi dolu görüntüləri ilə pərəstişkarlarının rəğbətini qazanır.

Seçilən
12
olay.az

1Mənbələr