AZ

Tramp bu qadını Baş prokuror təyin etmək istəyir - FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Baş prokuroru vəzifəsinə yeni namizədin adını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Tramp bu barədə özünün “Truth” sosial şəbəkə hesabında məlumat verib. 

O, Floridanın keçmiş baş prokuroru Pem Bondinin Baş prokuror və Ədliyyə Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. 

Tramp qeyd edib ki, Florida ştatının ilk qadın baş prokuroru olan Bondi narkotik alveri ilə mübarizə aparıb və inanılmaz işlər görüb: 
 

“Pem təxminən 20 il prokuror olub. O, zorakı cinayətkarlara qarşı sərt davranıb və küçələri Florida ailələri üçün təhlükəsiz edib”.


Qeyd edək ki, Pem Bondi ABŞ tarixində Baş prokuror vəzifəsini tutan ilk qadın ola bilər. Bir müddət əvvəl ABŞ-ın sabiq konqresmeni Mett Getz ABŞ baş prokuroru vəzifəsindən imtina etdiyini və bu vəzifə üçün namizədliyinin təsdiqi üçün mübarizə aparmayacağını açıqlayıb. 




Bizim.Media

Seçilən
38
19
bizim.media

10Mənbələr